Müxalifətin 31 mart mitinqinə icazə verildi

Müxalifətin 31 mart mitinqinə icazə verildi

28-03-2018 16:43 / Bu xəbər 2712 dəfə oxundu

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şura və Müsavat Partiyasının martın 31-də saat 15:00-da "Məhsul” stadionunda nəzərdə tutduğu aksiya ilə bağlı müraciətə cavab verib.

Bunu "Basta”ya açıqlamasında AXCP Rəyasət Heyətinin üzvü İlham Hüseyn bildirib.

Aksiya "Azad seçki!”, "Korrupsiyaya yox!”, "Monarxiyaya yox!”, "Siyasi məhbuslara azadlıq!”, "Erməni terrorunu lənətləyirik!”, "Beynəlxalq ictimaiyyət ermənilərin azərbaycanlılara qarşı soyqırımına hüquqi-siyasi qiymət versin!”  şüarları altında keçiriləcək.