Myanmada etiraz mitinqinə ordu müdaxilə etdi

Myanmada etiraz mitinqinə ordu müdaxilə etdi

15-02-2021 17:11 / Bu xəbər 642 dəfə oxundu

Myanmada hərbi çevrilişə və hökumət üzvlərinin həbs olunmasına qarşı keçirilən etiraz aksiyalarına ordu müdaxilə edib. 

"Anadolu" agentliyinin fevralın 15-də verdiyi xəbərə görə, hərbçilərin müdaxiləsi nəticəsinə ən azı 4 nəfər yaralanıb, 5 jurnalist isə polis tərəfindən saxlanılıb. 

Fevralın 1-də ölkədə baş verən hərbi çevrilişdən sonra bir qrup deputat vətəndaşları "xunta hakimiyyəti"nə qarşı etirazlara səsləyib. 

"Hərbi rəhbərliyin fəaliyyəti vətəndaşların hüquqlarını məhv etmək və demokratik keçid prosesini dayandırmaq məqsədi daşıyır”, - deyə millət vəkillərinin bəyanatında bildirilib. 

Hakimiyyəti ələ keçirmiş hərbçilərin ölkədəki etirazların qarşısını almaq üçün ictimai yerlərə ziehli hərbi texnika və silahlı əsgərlər yeritdiyi qeyd edilib. 

Məlumata görə, ölkə miqyasında internet də məhdudlaşdırılıb.