Namizədin plakatları cırılır, mağazalardan yığışdırılır - FOTO

Namizədin plakatları cırılır, mağazalardan yığışdırılır - FOTO

29-01-2020 15:53 / Bu xəbər 1723 dəfə oxundu

47 saylı Mingəçevir seçki dairəsindən deputatlığa namizəd, "Hərəkət" blokunun üzvü Qurbanəli Yusibovun plakatları cırılır, təbliğat lövhələrindən yığışdırılır. 

Bu barədə Arqument.Az-a Qurbanəli Yusibov məlumat verib.

O bildirib ki, şəhərdəki mağaza və obyektlərdən də plakatlar yığışdırılır: "İmkan vermirlər, mağazalardan da yığışdırırlar. Çox güman tapşırıblar ki, təbliğata imkan verilməsin".

Qurbanəli Yusibov ona qarşı süni maneələrin yerli qurumlar tərəfindən yaradıldığını deyir.

Qeyd edək ki, 47 saylı Mingəçevir seçki dairəsindən Qurbanəli Yusibov YAP-dan rəqibi deputat Aydın Mirzəzadədir.