Namizədlər: "77 saylı Astara seçki dairəsində nəticələr ləğv edilsin"

Namizədlər:

13-02-2020 15:31 / Bu xəbər 1841 dəfə oxundu

77 saylı Astara seçki dairəsindən 12 namizəd seçkilərin nəticələrini tanmadıqlarını bəyan edib.

Müraciəti namizədlər - Tarif Əliyev, Rövşən Bağırov, Rəşad Həsənov, Nurməmməd Əliyev, Əli Əliyev, Bəhruz Qasımov, Sevinc Rəcəbova, İqbal Quliyev, Müştəba İsaqov, Çingiz Rəhmanov, İlqar Qəmbərov və Bəxtiyar Məmmədov imzalayıb. 

Onlar müraciəti Mərkəzi Seçki Komissiyasına təqdim edəcəklərini deyiblər. 

Bu barədə Arqument.az-a namizədlərdən Rövşən Bağırov məlumat verib.

Onlar bildiriblər ki, 77 saylı Astara seçki dairəsində səslər YAP namizədi Rəşad mahmudovun xeyrinə saxtalaşdırılıb: "9 fevral 2020-ci il Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilər üzrə qeydə alınmış namizədlər olaraq seçki günü aktiv müşahidə etdiyimiz ciddi qanun pozuntuları, karusellər, topa şəkildə bülletenlərin seçki qutularına atılması, müşahidəçilərin seçkini izləmək imkanlarının məhdudlaşdırılması, müşahidəçilərə təzyiq göstərilməsi, səsvermə hüququ olmayan şəxslərin kütləvi surətdə mənzil istismar sahələrindən alınan saxta arayışlar əsasında səsvermədə iştirakı, bülletenlərin sayılmadı prosesindən müşahidəçilərin kənarlaşdırılması və protokolların surətlərinin seçki qanunvericiliyinə uyğun olaraq verilməməsi halları tərəfimizdən aşkar olunub. 

"Seçki dairəsində total saxtakarlıq və qanun pozuntuları şəraitində keçirilən seçkilərin seçicilərin iradəsinin nəzərə alınmadığını qeyd etməklə seçkilərin nəticələrini rəsmi qaydada tanımadığımızı bəyan edir və yeni seçki keçirilməsini tələb edirik", - müraciət müəllifləri bildiriblər.

Qeyd edək ki, 77 saylı DSK seçkidə YAP namizədi Rəşad Mahmudovu qalib elan edib.