Namizədlər: "Seçkilər yenidən keçirilsin"

Namizədlər:

13-02-2020 11:16 / Bu xəbər 1429 dəfə oxundu

32 saylı Suraxanı üçüncü seçki dairəsindən deputatlığa namizədlər bəyanatla çıxış ediblər.

Bəyanatı Baxışov Elçin Niyaz oğlu, Cəfərli Fikrət Novruz oğlu, Əlisəfazadə Anar Əlisəfa oğlu, Kərimli Ramil Balakərim oğlu, Mehdiyeva Bəhiyyə Rahib qızı, Mütəllimova Xəyalə Elman qızı, Osadçenko Yuriy Leonidoviç, Quliyev İlqar May oğlu və Rəcəbov Vəlican Etibar oğlu imzalayıb. 

Onlar növbədənkənar parlament seçkilərinin təticələrinin ləğv edilməsini tələb edirlər: "Milli Məclisə seçkilərdə 32 saylı Suraxanı üçüncü seçki dairəsindən deputatlığa namizədlər tərəfindən 09 fevral 2020-ci il tarixində keçirilən səsvermə zamanı seçki dairəsinin bütün məntəqələrində Məntəqə Seçki Komissiyaı tərəfindən seçkiyə müdaxilə,aidiyyatı olmayan orqanlar tərəfindən tezyiqin göstərilməsi,seçicilərin az faizlə iştirakı süni yolla artırılması və düzgün protokolların verilməsindən imtina etməyi 32 saylı Suraxanı üçüncü seçki dairəsinin nəticələrini etibarsız sayırıq və yenidən demokratik  və şəffaf  seçkilərin keçirilməsini tələb edirik.

Yeni Azərbaycan Partiyasının (YAP)  namizədi  və  Suraxanı  rayon  İcra Hakimiyyəti Başçısının müavini Həsənova Afət Əbil qızının xeyrinə total saxtakarlıqlarla keçirildiyini bəyan edirik. Bu saxtakarlıqlarla bağlı foto, video, audio-materiallarla yanaşı,tərtib etdikləri aktlar aidiyyatı qurumlara təqdim ediləcək.

Biz namizədlər inanırıq ki, dövlətin aidiyyəti qurumları seçicilərin və namizədlərin  haqqlı mövqeyini müdafiə edəcək və saxtakarlıqda, rol alan əməkdaşları, dairə və məntəqə komissiya üzvləri cəzalandırılacaq".