Natiq Cəfərli REAL-ın yeni sədri oldu
23-09-2024 12:27 / Bu xəbər 546 dəfə oxundu
Natiq Cəfərli Respublikaçı Alternativ (REAL) Partiyasının sədri seçilib.
Bu barədə REAL məlumat yayıb.
Bildirilir ki, REAL-ın Siyasi Komitəsinin 21 sentyabr 2024-cü il tarixli yekdil qərarı ilə Natiq Cəfərli yeni sədr seçilib.
Qərara əsasən, o, partiya lideri olaraq fəaliyyətinə 1 oktyabr 2024-cü il tarixindən başlayacaq.
Həmin vaxta qədər işləri əvvəlki sədrdən qəbul edəcək və Siyasi Komitəyə ilkin olaraq təqdim etdiyi yeni strategiyanı tamamlayacaq.
Bu barədə İlqar Məmmədov sentyabrın 21-də "Facebook” səhifəsində yazıb.
Sentyabrın 11-də REAL Partiyasının sədri İlqar Məmmədov vəzifəsindən istefa verib.
O, qərarını MSK-nın onun şikayətini rədd etməsi ilə əsaslandırıb.
Sentyabrın 12-də partiyanın Siyasi Komitəsi İlqar Məmmədovun istefasını qəbul edib.
İlqar Məmmədov sentyabrın 21-də "Facebook” səhifəsində yazıb ki, o artıq public siyasi fəaliyyətini də dayandırıb.