NATO-dan İstanbul teraktına reaksiya gəldi
19-03-2016 21:19 / Bu xəbər 1330 dəfə oxundu
NATO-nun baş katibi Yens Stoltenberq "Taksim” meydanı yaxınlığında baş verən terror hücumunu qınayıb.
Musavat.com xəbər verir ki, baş katib hadisə ilə bağlı yazılı açıqlama yayıb.
Açıqlamaya görə, Stolterq qurbanların ailələrinin və türk xalqının kədərini paylaşdığını bildirib.
Açıqlamada deyilir: "Terrorizmə heç cür haqq qazandırmaq olmaz. Bütün NATO müttəfiqləri Türkiyənin yanındadır. Terrorla hər cür mübarizədə birlikdəyik”.












