Navalnı Omskdan Almaniyaya aparılıb

Navalnı Omskdan Almaniyaya aparılıb

22-08-2020 10:06 / Bu xəbər 1286 dəfə oxundu

Rusiyada müxalifət liderlərindən olan Aleksey Navalnı yerli vaxtla təxminən 8.00-da (Moskva vaxtı ilə 5.00) Omsk hava limanından Almaniyaya aparılıb. 

APA xəbər verir ki, təyyarə saat 09.02-də (Moskva vaxtı ilə 11.02)

Berlinin "Schoenefeld” hava limanına çatacaq.

Qeyd edək ki, Navalnı Berlin şəhərində yerləşən "Charite” klinikasında müalicəsini davam etdirəcək.

FlightRadar portalının məlumatına görə, uçuş "Bombardier Challenger 604” təyyarə reysilə həyata keçirilib.
 
Ötən gün Tomskdan Moskvaya təyyarə ilə uçuş zamanı Navalnı özünü pis hiss edib. 

Bu səbəbdən təyyarə Omska təcili eniş edib. 

Müxalifət lideri huşsuz vəziyyətdə toksiki zəhərlənmə diaqnozu ilə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. 

Onun komaya düşdüyü və süni nəfəs aparatına qoşulduğu bildirilmişdi.