Navalnı tərəfdarları küçələrə çıxdılar

Navalnı tərəfdarları küçələrə çıxdılar

23-01-2021 17:49 / Bu xəbər 665 dəfə oxundu

Rusiya hüquq-mühafizə orqanları 23 yanvarda aksiya keçirəcəklərini elan etmiş Aleksey Navalnı tərəfdarlarının toplaşmasına mane olmaq üçün Moskvanın mərkəzindəki "Puşkinskaya" meydanını metal baryerlərlə hasarlayıblar. 

Polis alayının bölmələri, habelə çevik polis qüvvələri meydana doğru irəliləyirlər.

TASS-ın teleqram-kanalı belə yazır. 

Aleksey Navalnının həbsinə etiraz olaraq bu gün Rusiyanın müxtəlif şəhərində etiraz aksiyası keçirilir.

Yayılan videolarda polislərin aksiya iştirakçılarına qarşı zor tətbiq etdiyi görülür. Həbs edilən və xəsarət alarlarla bağlı rəsmi məlumat yoxdur.

İnsanlar "Putin oğrudur" şüarları səsləndirirlər. Kadrlarda etirazçıların polislərə qar topaları atdıqları görsənir.

Rusiya müxalifətinin lideri Aleksey Navalnı yanvarın 17-də Moskvanın "Şeremetyevo” aeroportunda polislər tərəfindən saxlanılıb. 

Məhkəmədə ona 30 sutka həbs cəzası verilib. 

A.Navalnı 4 aya yaxın idi ki, Almaniyada müalicə alırdı.

O, ötən il avqust ayının 20-də Tomskdan Moskvaya uçan təyyarədə huşunu itirmiş, təyyarə Omska təcili eniş etmişdi.

Yerli xəstəxanaya yerləşdirilən Navalnını iki gündən sonra Berlinə aparmışdılar.