Navalnıya hökm oxundu: 9 il həbs cəzası

Navalnıya hökm oxundu: 9 il həbs cəzası

22-03-2022 17:22 / Bu xəbər 1900 dəfə oxundu

Rusiya müxalifət lideri Aleksey Navalnı mənimsəmədə və məhkəməyə həqarətdə təqsirli bilərək 9 il həbs cəzasına məhkum olunub.

Lefortovo Məhkəməsinin qərarına əsasən, Navalnı cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Müxalifət lideri həmçinin 1.2 milyon rubl cərimələnib.

Aleksey Navalnı ötən il Moskva Şəhər Məhkəməsinin qərarı ilə həbs edilib.

2020-ci ilin avqustunda Tomskdan Moskvaya uçarkən hava limanında zəhərlənən rusiyalı müxalifətçi Aleksey Navalnı Almaniyaya aparılmışdı.

O, kimyəvi maddə ilə zəhərlənməsində Rusiya Prezidenti Vladimir Putini günahlandırıb.

Kreml Navalnının zəhərlənməsində hər hansı rolunun olmadığını bildirib.

Navalnının zəhərlənməsinin səbəblərini araşdıran və onun korrupsiya araşdırmalarına istinad edən jurnalistlərə "xarici agent” damğası vurulub.

Onun təşkilatları ilə bağlı qərarda deyilir ki, onlarla işləmiş fəalları uzunmüddətli həbs cəzası gözləyir.

Navalnı 2021-ci ilin yanvarında Almaniyadan Rusiyaya qayıdarkən "Şeremetev” Hava Limanında saxlanılıb.

Onun barəsində qəbul edilən şərti cəza azadlıqdan məhrum etmə cəzası ilə dəyişdirilib və o, 3.5 il müddətinə azadlıqdan məhrum edilib.

Yanvarın 25-də isə Aleksey Navalnı və onun bir neçə müttəfiqi də həmin "terrorçu və ekstremistlər” siyahısına əlavə edilib.