Naxçıvan atəşə tutulub, Azərbaycan əsgəri yaralanıb

Naxçıvan atəşə tutulub, Azərbaycan əsgəri yaralanıb

28-05-2021 12:55 / Bu xəbər 959 dəfə oxundu

"Hərbi qulluqçunun həyatı üçün heç bir təhlükə yoxdur"

Mayın 27-dən 28-nə keçən gecə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Aşağı Buzqov yaşayış məntəqəsi Ermənistan silahlı qüvvələri tərəfindən atəşə məruz qalıb.

Nəticədə hərbi qulluqçu əsgər Elxan Muradov çiynindən yaralanıb.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirlik Elxan Muradova dərhal ilkin tibbi yardım göstərilərək hospitala təxliyə edildiyini vurğulayıb: "Hərbi qulluqçunun həyatı üçün heç bir təhlükə yoxdur".

Müdafiə Nazirliyi Əlahiddə Ümumqoşun Ordunun bölmələrinin cavab atəşi ilə qarşı tərəfi susdurduğunu qeyd edib.

Bildirib ki, əməliyyat şəraiti Azərbaycan Ordusunun tam nəzarəti altındadır.