Naxçıvan istiqamətində növbəti atəşkəs pozuntusu: cavab atəşi açılıb

Naxçıvan istiqamətində növbəti atəşkəs pozuntusu: cavab atəşi açılıb

16-07-2021 13:51 / Bu xəbər 3822 dəfə oxundu

İyulun 16-sı saat 10:00 radələrindən etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikasının Sədərək-Arazdəyən istiqamətində atəşkəs rejimini pozaraq mövqelərdə təkmilləşdirmə işləri aparan mühəndis bölmələrimizin şəxsi heyətini və texnikasını müxtəlif çaplı silahlardan atəşə tutub.

Bu barədə Əlahiddə Ümumqoşun Ordudan məlumat verilib.

"Bölmələrimizin şəxsi heyəti və texnikasında itki və zərərçəkən yoxdur. Düşmən cavab atəşi ilə susdurulub", - məlumatda bildirilir.