Nazim Bəydəmirlidən şikayət edən şəxsin qardaşı yeni detalları açıqladı

28-10-2024 12:11 / Bu xəbər 4098 dəfə oxundu
İqtisadçı Nazim Bəydəmirlinin həbsi ilə bağlı yeni detallar ortaya çıxıb.
Bu barədə Nazim Bəydəmirlidən şikayətçi olan "Avto Qarant” ASC-nin həmtəsisçisi Ədalət Bağırovun qardaşı Fazil Bağırov "Pressklub"a danışıb.
Fazil Bağırov 2016-ci ildən qardaşı Ədalət Bağırovdan şikayətçidir və DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə şikayət etdiyini deyir.
Qardaşını günahlandıran Fazil Bağırov video müraciət yayıb.
Bir müddət öncə Nazim Bəydəmirli də məhkəmədə həbsinin səbəbi ilə bağlı detalları açıqlamışdı.