Nazir apteklərdə bəzi dərmanların niyə yoxa çıxdığını açıqladı

Nazir apteklərdə bəzi dərmanların niyə yoxa çıxdığını açıqladı

03-11-2022 11:58 / Bu xəbər 844 dəfə oxundu

"Heç bir dərman vasitəsi ilə bağlı çatışmazlıq yoxdur”.

Bunu səhiyyə naziri Teymur Musayev jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bəzi dərmanların, əsasən də sirop formasında olanların bazada azalmasının Azərbaycanla heç bir əlaqəsi yoxdur: "Bilirsiniz ki, istehsalçılar dərmanlarda bəzi baza maddələr istifadə edirlər. Həmin maddələrin azalması səbəbindən də dərman istehsalı aşağı düşüb. Son bir həftə ərzində bu məsələ aradan qaldırılıb. Hazırda həmin dərmanlar da ölkəyə gətirilir”.

Nazir onu da qeyd edib ki, Ukraynada olan vəziyyətlə əlaqədar olaraq mart ayında Nazirlər Kabinetinin tapşırığı ilə alternativ bazarlar müəyyən olunub və oradan gələn dərmanlar alternativ bazarlardan təmin edilir. Bununla əlaqədar heç bir korluq yoxdur. (APA)