Nazir Azad Rəhimov komaya düşüb
28-04-2021 17:15 / Bu xəbər 2675 dəfə oxundu
Onun süni nəfəs aparatı altında Bakıya yola salındığı deyilir
Gənclər və idman naziri Azad Rəhimovun vəziyyəti ağırlaşıb.
Bu barədə APA-ya Nazirliyin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova bildirib.
O, ağ ciyər xərçəngindən əziyyət çəkən nazirin vəziyyətinin çox ağır olduğunu qeyd edib.
A.Rəhimovun səhhəti bir neçə ay əvvəl pisləşib və ABŞ-da əməliyyat olunub.
Son məlumata görə, nazir komaya düşüb və həkimlər onun vəziyyətini ümidsiz qiymətləndirdiyi üçün süni nəfəs aparatına qoşularaq Azərbaycana yola salınıb.












