Nazir işdən çıxarıldı, yeni vəzifə verildi

Nazir işdən çıxarıldı, yeni vəzifə verildi

10-01-2025 12:58 / Bu xəbər 74 dəfə oxundu

Samir Rauf oğlu Şərifov Azərbaycan Respublikasının maliyyə naziri vəzifəsindən azad edilib.

Bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Digər sərəncamla Samir Şərifov Azərbaycan Baş nazirinin müavini təyin olunub.
 
63 yaşlı S.Şərifov 2006-cı ildən maliyyə naziri vəzifəsində çalışırdı.