Nazir müavini koronavirusa yoluxdu

Nazir müavini koronavirusa yoluxdu

06-04-2021 12:34 / Bu xəbər 1206 dəfə oxundu

Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə koronavirusa yoluxub.

Bu barədə "Report”a Nazirlikdəki mənbə məlumat verib.

Məlumata görə, PCR testinin nəticəsi "müsbət" çıxmış E.Vəlizadə xəstəxanaya yerləşdirilib. 

Onun vəziyyəti sabitdir.

1964-cü il təvəllüdlü E.Vəlizadə 2007-ci ildən nazir müavinidir.