Nazir müavininin atasının hesabından pul necə silinib?

Nazir müavininin atasının hesabından pul necə silinib?

08-09-2021 12:40 / Bu xəbər 1612 dəfə oxundu

Bir neçə gün əvvəl Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyevin atası Rəhim Əliyev sosial şəbəkə hesabından "Muğanbank”a məxsus pul kartından xəbəri olmadan pul çıxıldığını, dollar hesabı olmadığı halda müxtəlif məbləğlərdə dollarla pulun silindiyini bildirib. 

O, bu prosesdə bankı günahlandıraraq, oğurluqda ittiham edib.

Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən "Muğanbank”ın Marketinq Departamentinin Direktoru Mir-Əvəz Məmmədov Rəhim Əliyevin hesabına müdaxilə olmadığını bildirib: "Rəhim Əliyev ona məxsus "Muğanbank” plastik kartından pul vəsaitinin silinməsi ilə bağlı məsələnin araşdırılması üçün banka dəvət olundu. R.Əliyev hesabı ilə ödənişli internet resurslarından birinə abunə olmuşdu. Hazırda silinmiş vəsaitin geri qaytarılması üçün müvafiq işlər həyata keçirilir. Rəhim Əliyevin bankdan hər hansı şikayəti yoxdur. O, bunu öz ərizəsində qeyd edib”.