Nazir oğlu Bakıda nəhəng hotel tikdirir - FOTO

Nazir oğlu Bakıda nəhəng hotel tikdirir   - FOTO

06-01-2014 11:40 / Bu xəbər 896 dəfə oxundu

Paytaxtda  Trump® International Hotel & Tower Baku –ya aid olan  Trump Mehmanxana  kompleksi tikilir.

33 mərtəbədən ibarət olacaq bu mehmanxana Nəsimi rayonunda Həsən Əliyev küçəsində yerləşən, 72 ultra - təmtəraqlı daimi yaşayış məkanı və 189 mehmanxana otağından ibarət olacaq. Bina 2015 –ci ildə istifadəyə veriləcək.

Qeyd edək ki, binanın layihələndirilməsi Baş qərargahı London şəhərində yerləşən və Böyük Britaniyaya məxsus olan MİXİTY Design Ltd şirkəti tərəfindən aparılmış, binanın inşası isə “GARANT Holding” şirkəti tərəfindən gerçəkləşdirilib.

“GARANT Holding”in rəhbəri nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovdur.///qaynar.info