Nazir Ramin Quluzadənin də şirkəti üzə çıxdı

Nazir Ramin Quluzadənin də şirkəti üzə çıxdı

26-02-2020 01:05 / Bu xəbər 1588 dəfə oxundu

Nəqliyyat, Rabitə və Yüksək texnologiyalar naziri Ramin Quluzadənin şirkəti üzə çıxıb. 

Bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli məlumat yayıb.

Jurnalistin araşdırmasına görə, "ESKORT" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ 2009-cu ilin dekabrında qeydiyyatdan keçib.

Qanuni təmsilçisi Mübariz Zeynalov Ələmdar oğludur. 

Şirkətin hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun, ev 941, mənzil 27-dir. 

Şirkətin fəaliyyəti haqqında ətraflı məlumat yoxdur. 

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi isə məsələyə münasibət bildirməyib.