Nazir Şirzad Abdullayevi vəzifəsindən azad etdi
26-08-2021 23:27 / Bu xəbər 1932 dəfə oxundu
İqtisadiyyat naziri Mikayıl Cabbarov Şirzad Abdullayevi müşavir vəzifəsindən azad edib.
"Qaynarinfo"nun əldə etdiyi məlumata görə, Ş.Abdullayev səhhətində yaranan problemə görə öz ərizəsi ilə vəzifəsindən azad olunub.
2018-ci ildən İqtisadiyyat nazirinin müavini olan Ş. Abdullayev 2020-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə vəzifəsindən azad edilmişdi.
M.Cabbarovun müvafiq əmri ilə İqtisadiyyat Nazirinin müşaviri təyin olunmuşdu.












