Nazirə 3 yeni müavin təyin edildi

Nazirə 3 yeni müavin təyin edildi

04-02-2022 11:53 / Bu xəbər 1247 dəfə oxundu

Səhiyyə naziri Teymur Musayevə 3 yeni müavin təyin olunub.

Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, bununla bağlı Prezident sərəncam imzalayıb. 

3 fevral 2022-ci il tarixli sərəncamlarla İlqar Əbülfəz oğlu Qasımov, Nadir Azər oğlu Zeynalov və Rasim Miskin oğlu İsmayılov səhiyyə nazirinin müavinləri təyin olunublar.

Dövlət başçısının digər sərəncamları ilə Nigar Ramiz qızı Əliyeva, Elsevər Məmməd oğlu Ağayev, Rahim Rafail oğlu Əliyev, Viktor Kərimoviç Qasımov tutduqları vəzifədən azad olunublar.