Nazirin bacısının adı cinayət işində hallanır

Nazirin bacısının adı cinayət işində hallanır

09-02-2024 12:53 / Bu xəbər 432 dəfə oxundu

Fövqəladə hallar naziri Kəməladdin Heydərovun bacısının adının cinayət əməlində hallandığı bildirilir. 

"Criminal.az"ın əldə etdiyi məlumata görə, nazirin bacısı Ayna Heydərova öz həyat yoldaşının köməkçisinin külli miqdarda pulunu mənimsəyib. 

A.Heydərova həyat yoldaşı Eynar Məmmədovun İlkin adlı sabiq köməkçisindən 110 min dollar alaraq mənimsəyib. 

Sayt məsələ ilə bağlı daha ətraflı məlumatı təqdim edəcəyini qeyd edib.