Nazirin şirkəti əhaliyə vaxtı keçmiş malları satmağa çalışır?

Nazirin şirkəti əhaliyə vaxtı keçmiş malları satmağa çalışır?

24-10-2021 21:41 / Bu xəbər 371 dəfə oxundu

Qida Təhlükəsizliyi Agentliyi (AQTA) "AZ FP CO LTD” MMC-nin ("Milla”) 72 adda 13 ton 364 kiloqram 84 qram müxtəlif növ süd məhsulları Sumqayıtda yerləşən tullantıların zərərsizləşdirilməsi poliqonunda yandırması haqda məlumat yayıb.

Qanunvericiliyə əsasən, vaxtı keçmiş malları istehsalçı şirkət geri götürməli, əgər onları ikinci dəfə emal etmək imkanı varsa, emal etməli, olmazsa, məhv etməlidir.

Bəs "Milla”ya aid olan 72 adda 13 tondan artıq süd məhsulunun AQTA tərəfindən məhv edilməsi nədən xəbər verir? 

Belə çıxır ki, "Gilan” Holdinq"ə aid "AZ FP CO LTD” MMC istehlakçıların sağlamlığını təhlükə altında qoyaraq vaxtı keçmiş malları əhaliyə satmağa çalışıb.  

Bu qanunsuzluğa görə AQTA tərəfindən "Milla” süd məhsulları cərimələnib-cərimələnməsi barədə məlumat yoxdur. 

"Milla” süd məhsulları "Gilan” Holdinqin brend mallarına aiddir və iddialara görə "Milla” süd məhsulları "Gilan” Holdinqin sahibi, Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun fransalı xanım tanışının adı ilə adlandırılıb.(pia.az)