Nazirlik bu işə görə Harvard Universitetinə 1,7 milyon manat ödəyəcək

Nazirlik bu işə görə Harvard Universitetinə 1,7 milyon manat ödəyəcək

29-12-2024 03:03 / Bu xəbər 719 dəfə oxundu

İqtisadiyyat Nazirliyi Harvard Universitetinin Beynəlxalq İnkişaf Mərkəzi "Growth Lab” ilə satınalma müqaviləsi imzalayıb.

Yeniavaz.com xəbər verir ki, bir mənbədən satınalma metodu əsasında imzalanan müqaviləyə görə, Harvard Universiteti İqtisadiyyat Nazirliyinin 
sifarişi ilə "Yaşıl artım portalı”ı yaradacaq və qarşılığında 1 milyon 700 min manat alacaq.

Bu müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməyib və bu səbəbdən tender müsabiqəsi barədə ətraflı məlumat mövcud deyil.

Harvard Universitetinin tərkibində fəaliyyət göstərən "Growth Lab” ("Böyümə Laboratoriyası”) iqtisadi artımın arxasında duran mexanizmləri aşkar etmək üçün araşdırmalar aparır.