Nazirlik icra başçısının şirkətini məhkəməyə verib

Nazirlik icra başçısının şirkətini məhkəməyə verib

18-05-2021 02:26 / Bu xəbər 1717 dəfə oxundu

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Caspian Fruit CO” MMC-ni məhkəməyə verib.

HİT.Az xəbər verir ki, dövlət qurumunun iddiası artıq icraata götürülüb. 

İşə hakim Ülkər Həsənovanın sədrliyi ilə baxılacaq. Məhkəmə çəkişməsinin səbəbi icarə müqaviləsi üzrə mübahisələrdir.

"Caspian Fruit CO” MMC 2003-cü ildən fəaliyyət göstərir. 

Şirkətin qanuni təmsilçisi Abdullayev Əkbər Həsən oğludur. 

Mediada yayılan məlumatlara görə, Əkbər Abdullayev proxy fiqurdur. Şirkətin əsl sahibi isə Salyanın icra başçısı Sevindik Hətəmovdur.