Nazirlik tibbi maskaların qiymətinin artmasına münasibət bildirib

Nazirlik tibbi maskaların qiymətinin artmasına münasibət bildirib

24-02-2020 17:34 / Bu xəbər 303 dəfə oxundu

İqtisadiyyat Nazirliyi tibbi maskaların qiymətinin artmasına münasibət bildirib. 

APA-nın verdiyi məlumata görə, İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev bildirib ki, məlum olduğu kimi, son zamanlar dünyada tibbi maskalara tələbat artıb. Azərbaycana tibbi maskalar xarici ölkələrdən idxal olunur. 

Bu ölkələrdə qiymət artımı Azərbaycanda da tibbi maskaların pərakəndə satış qiymətinə təsir edib:
 
"Bununla belə, istehlak bazarında baş verən qiymət dəyişiklikləri ilə bağlı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən müvafiq araşdırmalar aparılır və qiymətlərdə süni artım müəyyən edildiyi halda qanunvericiliyə uyğun tədbirlər görüləcək".