Nazirlikdən süni qiymət artımı ilə bağlı açıqlama

Nazirlikdən süni qiymət artımı ilə bağlı açıqlama

21-01-2015 16:09 / Bu xəbər 1583 dəfə oxundu

İqtisadiyyat və Sənaye Nazirliyi manatın məzənnəsində dəyişikliklə bağlı açıqlama yayıb. 

Arqument.Az-ın xəbərinə görə, nazirlikdən Trend-ə verilən məlumatda qeyd olunur ki, məlum olduğu kimi, Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il tarixli qərarı ilə 21 fevral 2015-ci il tarixinə valyuta məzənnələrində dəyişikliklər edilib.

İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən manatın məzənnəsinin dəyişdirilməsi ilə əlaqədar istehlak bazarında baş verə biləcək sui-istifadə halları və süni qiymət artımının qarşısının alınması üçün nəzarət tədbirlərini daha da gücləndirilmiş və nəticələrindən asılı olaraq qanunvericiliyə uyğun tədbirlər görüləcək.

Arqument.Az