Nazirliyin milyonluq elektron tenderləri... - FOTO

Nazirliyin milyonluq elektron tenderləri... - FOTO

08-04-2020 12:33 / Bu xəbər 1030 dəfə oxundu

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron xidmətlərini həyata keçirən "AİSTGROUP" MMC şirkəti 2019-2020 illər ərzində 1 milyon manatdan çox tenderin qalibi olub. 

Arqument.Az xəbər verir ki, bunu bloger Həbib Müntəzir yazıb.

O, bunu işsiz vətəndaşlara verilən 190 manat birdəfəlik yardımı almaq üçün nazirliyin saytında (e-sosial.az) yaranmış problemə münasibət bildirərkən yazıb.

"1 milyonluq sayt və aplikasiya yaradırsan, heç biri də lazım olan anda xalqın işinə yaramır. Camaat da 190 manatdan ötrü əsəb xəstəsinə dönür, stress keçirir, ad da olur ki, sosial dəstək, koronavirusla mübarizə", - bloger yazıb.
 
Qeyd edək ki, dövlətin işiszlərə koronavirusla bağlı ayırdığı 190 manat birdəfəlik yardımı almaq üçün nazirliyin yaratdığı e-sosial.az portalında sistemin tez-tez donması ilə üzləşdiklərini deyirlər.