Nəcməddin Sadıqovun bacısı oğluna general-mayor rütbəsi verildi

Nəcməddin Sadıqovun bacısı oğluna general-mayor rütbəsi verildi

25-06-2020 15:50 / Bu xəbər 2471 dəfə oxundu

Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıqovun bacısı oğluna general-mayor rütbəsi verilib.

Demokrat.az-ın məlumatına görə, bu barədə prezident İlham Əliyev sərəncam imzalayıb.  

Sərəncama əsasən, polkovnik Ramil Əlimran oğlu Əsgərov general-mayor rütbəsi ilə təltif olunub. 

Hazırda Müdafiə Nazirliyində idarə rəisi vəzifəsində xidmət edən Ramil Əsgərov, daha əvvəl Hərbi Dəniz Qüvvələrinin Qərargah rəisi əvəzi vəzifəsini icra edib.