Neft 300 dollara qalxa bilər

Neft 300 dollara qalxa bilər

21-03-2022 23:11 / Bu xəbər 1065 dəfə oxundu

"Qərb Rusiya neftindən imtina edərsə, dünyada neftin bareli 300 dollara qalxa bilər. Bəziləri isə 500 dollaradək bahalanma imkanı görürlər". 

Bunu Rusiya Baş nazirinin müavini Aleksandr Novak deyib. 

Bu arada Ukrayna Rusiyanın tələblərini rədd edib.

Rusiya və Ukrayna arasında sülh danışıqlarında böyük irəliləyiş əldə olunmayıb. 

Açıqlamanı Kreml martın 21-də verib.(azadlıq.org)

Xatırlatma

Rusiya fevralın 24-də Ukraynaya genişmiqyaslı hücuma başlayıb.

Ondan 2 gün öncə isə Rusiya Prezidenti Vladimir Putin açıqlama verərək Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan edib.

Ukrayna, Qərb liderləri hücumu pisləyib, Putinin buna görə cavab verəcəyini bildiriblər.

Bundan sonra Avropa Birliyi ölkələrindən, eləcə də ABŞ-dan Rusiyaya qarşı sanksiyalar gəlməyə başlayıb.

Sanksiya tətbiq edilən 600-dən çox şəxsin içində oliqarxlar, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov da var.