Neftin qiyməti 67 dolları ötdü

Neftin qiyməti 67 dolları ötdü

25-02-2021 01:06 / Bu xəbər 1674 dəfə oxundu

Beynəlxalq bazarlarda "Brent” markalı neftin bir bareli ötən ilin yanvarın 8-dən bəri ilk dəfə 67 dollardan baha satılıb.

"Brent” markalı xam neftin aprel fyuçersləri 2,68 faiz artaraq, 67,12 dollara, may fyuçersləri isə 2,45 faiz artaraq, 66,06 dollara qalxıb.

WTI markalı xam neftin aprel fyuçersləri 2,27 faiz qalxaraq, 63,07 dollara realizə olunub.

Daha əvvəl ABŞ Energetika Nazirliyi ölkədəki neft istehsalının keçən həftə avqustdan bəri ən aşağı səviyyəyə düşdüyünü, bir həftə əvvəl 10,8 milyon barel olan istehsalın 9,7 milyon barelədək gerilədiyini açıqlamışdı.