Neftin qiyməti 70 dolları ötdü

Neftin qiyməti 70 dolları ötdü

01-06-2021 11:37 / Bu xəbər 489 dəfə oxundu

Dünya bazarında neftin 70 dolları keçib. 

"Oilprice.com"-un iyunun 1-də verdiyi xəbərə görə, ICE London qitələrarası birjasında Brent neftinin ixracına dair 2021-ci ilin avqust müqaviləsinin dəyəri 1,25% artaraq 1 barelə görə 70,19 dollar olub. 

WTI markalı neftin 1 barelinin qiyməti isə 1,95% artaraq 67,61 dollar təşkil edib.