Neftin qiyməti artmaqda davam edir: "Brent" 65 dolları ötdü

Neftin qiyməti artmaqda davam edir:

19-02-2021 18:10 / Bu xəbər 1661 dəfə oxundu

Dünya bazarlarında neftin qiymətləri artmaqda davam edir.

"Oilprice.com"un fevralın 18-də verdiyi xəbərə görə, London birjasında "Brent” markalı neft 65,46 ABŞ dollarına satılıb.

"Brent” markalı neft sonuncu dəfə 65 dollar həddini 2020-ci ilin yanvarında keçmişdi.