Nemət Kərimli Müsavat Partiyasından istefa verib
15-11-2024 23:44 / Bu xəbər 537 dəfə oxundu
"Partiyadan getsəm də, siyasi fəaliyyətdən çəkilməmişəm”
Noyabrın 15-də Müsavat Partiyasının Divan üzvü, vəkil Nemət Kərimlinin partiyadan istefa verdiyi deyilir.
Nemət Kərimli xəbəri Meydan TV-yə təsdiqləsə də, istefasının səbəbləri barədə danışmaq istəməyib.
O bildirib ki, partiyadan istefa verməsi siyasi fəaliyyətdən çəkilməsi anlamına gəlməməlidir: "Mən siyasi fəaliyyətimdə qalıram, amma siyasi mənsubiyyətim olmayacaq".
Vəkil Nemət Kərimli 2002-ci ildən Müsavat Partiyasının üzvüdür.