Nemtsov belə öldürüldü - VİDEO
01-01-2015 01:41 / Bu xəbər 3120 dəfə oxundu
Boris Nemtsovun körpüdə vurulmasının görüntüləri yayılıb.
Analitik.az xəbər verir ki, Rusiya müxalifət lideri, məhur siyasətçi Boris Nemtsovun həyatının son dəqiqələrinin videosu yaylıb.
Bu kadrlar Qırmızı meydan yaxınlığında yerləşən Mərkəzi univermağın müşahidə kameralarına düşüb. Boris Nemtsov və Anna Duriçkaya mərkəzi univermağın içində yerləşən "Bosko-kafedə" axşam saat 10-da görüş təyin ediblər.
Onlar müxtəlif qapılardan ticarət mərkəzinə giriblər və bir neçə dəqiqə zəngləşərək bir-birini tapmağa çalışıblar. Görüş yerinə birinci Boris gəlib. Onun sevgilisi bir neçə dəqiqə sonra təyin edilmiş yerə çatıb. Anna əvvəlcə qapıda dayanıb, ətrafa göz gəzdirdikdən sonra kafeyə girib. Daha sonra cütlük gəzintiyə çıxıb. Onlar Böyük Moskva çayı körpüsünə 10 dəqiqə ərzində çatıblar. Bundan 3 dəqiqə sonra isə siyasətçi öldürülür.












