Nemtsov öldürüldü! - Rusiya Şokda (FOTOLAR)

Nemtsov öldürüldü!   - Rusiya Şokda (FOTOLAR)

28-01-2015 10:28 / Bu xəbər 1776 dəfə oxundu

Rusiyanın paytaxtı Moskvada tanınmış müxalifət lideri Boris Nemtsov güllələnib. 

Qaynar.info-nun Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, 55 yaşlı Nemtsovu Moskvanın mərkəzində 1991-ci il təvəllüdlü ukraynalı model Anna Duritskoyla gəzinti zamanı güllələyiblər. Naməlum şəxs Nemtsova 6 atəş açıb, onlardan 4-ü hədəfə dəyib. Nemtsov hadisə yerində dünyasını dəyişib.

Bütün Moskva üzrə polis "Perexvat" -  "Yaxalama" əməliyyatına başlayıb. 

Nemtsov martın 1-də keçirilməli olan "Vesna" ("Bahar") antiböhran marşının təşkilatçılarından biri idi. Hazırkı Rusiya iqtidarına qarşı əsas müxalif liderlərdən sayılırdı. Qətllə bağlı olaraq, artıq marşın təşkilatçıları artıq aksiyanı təxirə saldıqlarını bildiriblər.

Hadisə barədə xəbər yayılandan az sonra Rusiya prezidenti Vladimir Putin hadisəyə reaksiya verib. Rusiya prezidenti baş verən olayı təxribat və sifarişli adlandırıb.

Hadisəyə ABŞ Prezidenti Barak Obamanın da reaksiyası gecikməyib. O, Rusiya rəhbərliyini hadisəni açıq, obyektiv və operativ araşdırmağa çağırıb.

Arqument.Az