Nemtsovun qətli ilə bağlı 2 nəfər saxlanıldı
07-01-2015 14:34 / Bu xəbər 909 dəfə oxundu
Tanınmış siyasətçi Boris Nemtsovun qətli ilə bağlı bu gün iki nəfər şübhəli saxlanılıb.
Arqument.Az Rusiya KİV-n istinadən xəbər verir ki, bu barədə Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksandr Bortnikov jurnalistlərə məlumat verib.
Onun sözlərinə görə, saxlanılan şəxslər əslən qafqazlı olan Qubaşev Anzor və Dadayev Zaurdur.
Bortnikov qeyd edib ki, hazırda operativ istintaq tədbirləri davam etdirilir və ölkə başçısı son olanlarla bağlı məlumatlandırılıb.
Arqument.Az












