Nemtsovun sevgilisi yenə danışdı
13-01-2015 17:12 / Bu xəbər 911 dəfə oxundu
Rusiyalı müxalifətçi Boris Nemtsovun qətli ilə bağlı qalmaqal səngimək bilmir.
ANS PRESS-in məlumatına görə, qətl zamanı siyasətçinin yanında olan 23 yaşlı model Anna Duritskaya hadisə barədə danışıb.
"Dojd" telekanalına açıqlamasında ukraynalı model qatilin hardan çıxdığını bilmədiyini deyib. Onun sözlərinə görə, qatil onun arxasında olub və geri çevriləndə o açıq rəngli maşın görüb: "Şam yeməyindən sonra biz evə gedirdik. Heç bir şübhəli hal yox idi".
Nemtsov güllələnəndən sonra o qartəmizləyən maşının sürücüsündən polisə zəng etməsini istəyib. Modelin sözlərinə görə, polis məlumat daxil olandan təqribən 10 dəqiqə sonra hadisə yerinə gəlib.
Duritskaya Boris Nemtsovun qısqanclıq zəminində öldürülə biləcəyi versiyasını da istisna edib.
Xatırladaq ki, 55 yaşlı siyasətçi fevralın 27-də gecə saatlarında güllələnib. 4 güllə yarası alan Nemtsov hadisə yerindəcə keçinib.












