Nepalda zəlzələ: 128 nəfər ölüb
04-11-2023 16:39 / Bu xəbər 1234 dəfə oxundu
Nepalın qərbindəki Cayarkot rayonunda noyabrın 4-nə keçən gecə 6,4 bal gücündə zəlzələ baş verdiyi bildirilir.
Zəlzələ nəticəsində azı 128 nəfər həlak olub.
"Reuters” yazır ki, yeraltı təkanları qonşu Hindistanın Yeni Dehli sakinləri də hiss ediblər.
Cayarkotda evlərin uçması nəticəsində azı 92 nəfər ölüb, 55 nəfər yaralanıb.
Qonşu Qərbi Rukum rayonunda isə 36 nəfər ölüb, 85 nəfər yaralanıb.
Səlahiyyətlilər ölənlərin sayının artacağını ehtimal edirlər.
Axtarış-xilasetmə qrupları zəlzələdən zərər çəkmiş ərazilərə çatmaq üçün sürüşmənin bağladığı yolları təmizləyirlər.
Nepalın Baş naziri Puşpa Kamal Dahal helikopterlə təbii fəlakət yerinə gedib.