Nəsir Əhmədli vəfat etdi

Nəsir Əhmədli vəfat etdi

07-06-2022 12:12 / Bu xəbər 958 dəfə oxundu

Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq jurnalistika kafedrasının professoru, filologiya elmləri doktoru Nəsir Əhmədli dünyasını dəyişib.

"Qafqazinfo” xəbər verir ki, o, uzunsürən xəstəlik (ağciyər xərçəngi) səbəbindən vəfat edib.

Uzun illər BDU-nun Jurnalistika fakültəsində çalışmış publisist bu gün doğulduğu Tovuz rayonunda dəfn olunacaq.

Nəsir Əhmədli 1942-ci ildə Tovuzun Alakol kəndində anadan olub. 

1971-ci ildə BDU-nun Jurnalistika fakültəsini bitirib. 

2004-cü ildən Beynəlxalq Jurnalistika kafedrasında çalışıb.

Ötən ay BDU-da onun 80 illik yubileyi qeyd edilib.