Netanyahu həbs oluna bilər

Netanyahu həbs oluna bilər

29-04-2024 15:08 / Bu xəbər 822 dəfə oxundu

Beynəlxalq Cinayət Məhkəməsi İsrail və HƏMAS-ın yüksək səviyyəli rəsmilərin həbsinə order verməyə hazırlaşır.

Bu barədə ABŞ-nin "The New York Times” nəşri məlumat yayıb.

Məlumatlı mənbənin nəşrə bildirdiyinə görə, həbs qərarında adı hallananlar arasında İsrail Baş naziri Benjamin Netanyahu da var. 

HƏMAS-dan kimin ittiham oluna biləcəyi və hansı cinayətlərə istinad ediləcəyi isə hələlik bəlli deyil.

Qeyd olunur ki, belə bir qərarın qəbul olunması İsrailin Qəzza siyasətində ciddi dəyişikliyə səbəb ola bilər.