Neymar həbs edilə bilər

Neymar həbs edilə bilər

28-07-2022 14:19 / Bu xəbər 835 dəfə oxundu

Oktyabrın 17-də Braziliya millisinin və Fransanın "Paris Sen-Jermen" klubunun futbolçusu Neymar məhkəmə qarşısına çıxmalı olacaq. 

O və daha 5 nəfər korrupsiyada günahlandırılır.  

Bu barədə "El Pais” xəbər verib. 

İddianı qaldıran Braziliyanın DIS şirkətidir. "Santos"da oynayarkən futbolçunun 40% hüquqlarına sahib olmuş şirkət hesab edir ki, "Barselona" fırıldaq işlədib və 150 milyon avrodan çox təzminat ödəməlidir. 

Şirkət və prokurorluğun iddiasına görə, 2011-ci ildə Neymar və atası futbolçunun hüquqlarının "Santos"a aid olmasına məhəl qoymadan "Barselona" ilə iki saxta müqaviləyə qol çəkib. 

Prokurorluq məhkəmədən Neymara 2 illik həbs cəzası və 10 milyon avro məbləğində cərimə verilməsini tələb edir. Şirkət isə Neymarın 5 il müddətinə həbs olunmasını istəyir. 

Məhkəmə iddiası qaldırılanlar arasında Neymarın valideynləri və "Barselona"nın sabiq prezidentləri də var. 

Neymar 5 fevral 1992-ci ildə Braziliyada anadan olub. 

O, ilk peşəkar müqaviləsini 2009-cu ildə "Santos"la bağlayıb. Elə həmin il "Campeonato Paulista"-da İlin Gənc Futbolçusu Mükafatını aldı. 

2013-cü ildə o, 54 milyon avro qarşılığında "Barselona"ya keçib. 

2015 və 2016-cı illərdə ardıcıl iki il çempion olub, 2015-ci ildə isə yenidən Çempionlar Liqasının qalibi olub. 

2013-2017-ci illər arasında "Barselona"da ümumilikdə 123 matça çıxan Neymar 68 qol vurub. 

2018-ci ildə 222 milyon avro qarşılığında "Paris Sen-Jermen"ə transfer olub. Ona 10 nömrəli forma geyinən futbolçunun maaşı 43 milyondur. 

Bu qiymət futbol tarixində ən bahalı transferlərdən hesab olunur.(toplum tv)