NİDA-nın təşkilatçılığı ilə büdcə müzakirəsi keçiriləcək
13-11-2015 16:24 / Bu xəbər 1006 dəfə oxundu
NİDA Vətəndaş Hərəkatının təşkilatçılığı ilə 2016-cı ilin dövlət büdcəsinin müzakirəsi olacaq.
Təşkilatın mətbuat xidmətindən arqument.az-a verilən məlumata görə, tədbir sabah 15:00-da Müsavat Partiyasının qərargahında baş tutacaq.
Məlumatda bildirilir ki, büdcə müzakirəsinə dəvət edilən İqtisadçı ekspertlər Natiq Cəfərli və İlham Şaban iştirakçılara 2016-cı il üçün qəbul edilmiş dövlət büdcəsini təsvir edəcək, iqtisadi böhran kontekstində əhəmiyyətli məqamlara diqqət çəkəcəklər. Ekspertlər "Devalvasiya olacaqmı?", "Böhran nə qədər davam edəcək?", "İnsanların rifah səviyyəsində hansı dəyişikliklər olacaq?" kimi suallara cavab tapmağa kömək edəcəklər.
Qeyd edək ki, tədbirə giriş sərbəstdir. Arzu edənlər iştirak edə bilər.
Arqument.Az