Nikol Paşinyan prezidentə ikinci dəfə müraciət etdi

Nikol Paşinyan prezidentə ikinci dəfə müraciət etdi

01-03-2021 14:54 / Bu xəbər 1604 dəfə oxundu

Ermənistanın baş naziri Nikol Paşinyan Silahlı Qüvvələrin Baş Qərargah rəisi Onik Qasparyanın vəzifəsindən azad olunması barədə təklifini növbəti dəfə prezident Armen Sarkiyana göndərib.

"Sputnik Ermənistan"ın martın 1-də verdiyi xəbərə görə, Ermənistan Prezident Aparatı məsələ barəsində artıq açıqlama verib. 

Bildirilib ki, Armen Sarkisyan konstitusiyaya uyğun olaraq mövqeyini üç gün ərzində bəyan edəcək.

Nikol Paşinyan fevralın 25-də Baş Qərargah rəisi Onik Qasparyanın vəzifəsindən azad olunması barədə sərəncam versə də, prezident sərəncamı təsdiq etməyib.
 
Bu gün həmçinin bəlli olub ki, Ermənistan prezidenti Nikol Paşinyanın başçılıq etdiyi Təhlükəsizlik Şurasının iclasında iştirak etməyib. 

İclasa Silahlı Qüvvələrin Baş Qərargahının rəisi Onik Qasparyan da qatılmayıb. 

Fevralın 25-də Ermənistan Silahlı Qüvvələrin Baş Qərargahı Nikol Paşinyanın və hökumətin istefasını tələb edib. 

Baş Qərargahın xüsusi bəyanatını bütün rəhbərlik, eləcə də iri hərbi birləşmələrin komandirləri imzalayıblar. 

Məsələ ilə əlaqadar olaraq prezident və baş nazir arasında narazılığın baş verdiyi bildirilir. 

Hazırda paytaxt Yerevanda müxalifət tərəfdarları Nikol Paşinyanın istefası tələbiylə etiraz aksiyası keçirirlər. 

Onlardan bəzilərinin hökumət binasına soxulduğu deyilir.