Nizami rayonunda ağacları kəsib yerində bina tikirlər - FOTO

Nizami rayonunda ağacları kəsib yerində bina tikirlər - FOTO

20-07-2019 07:58 / Bu xəbər 175 dəfə oxundu

Bakı şəhəri ərazisində ayrı-ayrı şəxslər tərəfindən yaşıllıqların məhv edilməsi davam edir.

Demokrat.az xəbər verir ki, növbəti belə fakt paytaxtın Nizami rayonu, Tofiq Abbasov küçəsi 9 ünvanında qeydə alınıb. 

Həmin ərazidə yaşayan sakinlər ağacların kəsilməsinin fotolarını bizə göndəriblər.

Sakinlər deyir ki, ağaclar kəsilən ərazidə "Orbita-İmperial" MTK şirkəti tərəfindən çoxmənzilli yaşayış binası inşa edilir. 

Hər kəsin gözü qarşısında ağaclar kəsilsə də, ancaq nədənsə müvafiq dövlət qurumları və Nizami rayon İcra Hakimiyyəti törədilən qanunsuzluqlara hələ də göz yumurlar. 

Məsələ ilə bağlı Nizami rayon İcra Hakimiyyətindən telefon zənglərimizə cavab verən olmayıb.