Novxanıda qəza: 3 ölü, 6 yaralı var

Novxanıda qəza: 3 ölü, 6 yaralı var

15-09-2019 02:09 / Bu xəbər 1628 dəfə oxundu

Bakıda ölümlə nəticələnən zəncirvari qəza baş verib.

"Report” xəbər verir ki, hadisə Novxanı yolunda yerləşən "Lukoil” yanacaqdoldurma məntəqəsinin yanında baş verib. 

Qəza nəticəsində 2018-ci təvəllüdlü Məmmədov Ramal Rəşad oğlu, 1976-ci il təvəllüdlü Məmmədova Gülgün Ümidvar qızı və 1999-ci təvəllüdlü Məmmədova Nahidə Faiq qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Qəza yerindən gələn təcili və təxirəsalınmaz tibbi yardımın həkimi bildirib ki, bir neçə avtomobilin toqquşması nəticəsində üç nəfər ölüb, azı 6 nəfər xəsarət alıb.

Yaralılardan bir neçəsi 1 saylı Şəhər Kliniki Xəstəxanasına gətirilib. Xəsarət alanlardan biri həkimlərin müdaxiləsinə baxmayaraq xəstəxanada dünyasını dəyişib. Xəsarət alanların bəzilərinin vəziyyəti orta-ağırdır. Hazırda qəzanın baş vermə səbəbləri araşdırılır.

Yaralıların içərisində ana və bir yaşlı körpəsi də var.