Noyabrda ardıcıl 5 gün iş olmayacaq
20-10-2023 15:36 / Bu xəbər 1232 dəfə oxundu
Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirilib.
Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Qərara əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2023-cü il 10 noyabr iş günü ilə 4 noyabr istirahət gününün yerləri dəyişdirilib.
Beləliklə, noyabr ayında ardıcıl 5 gün - 8, 9, 10, 11 və 12 noyabr tarixləri qeyri-iş günü olacaq.
Noyabrın 4-ü - şənbə günü isə rəsmi iş günüdür.