Nurlana Əliyeva vəzifəsindən uzaqlaşdırıldı

Nurlana Əliyeva vəzifəsindən uzaqlaşdırıldı

22-06-2021 15:20 / Bu xəbər 1394 dəfə oxundu

Prezident sərəncam imzaladı

Prezident İlham Əliyev Bakı Slavyan Universitetinin rektorunun vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Nurlana Müzəffər qızı Əliyeva Bakı Slavyan Universitetinin rektoru vəzifəsindən azad edilib.

2016-cı ildə Bakı Slavyan Universitetinin rektoru vəzifəsinə təyin edilmiş Nurlana Əliyeva uzun illər hakim Yeni Azərbaycan Partiyasının (YAP) Qadınlar Şurasının sədri olub. 

YAP-ın bu il, matın 5-də keçirdiyi qurultayda Nurlana Əliyeva partiyanın yeni formalaşan idarə heyətindən kənarda qalıb. 

Bundan sonra müxtəlif media orqanları onun "vurulması” haqqında yazıb.

Nurlana Əliyeva deputat olduğu zamanlarda tez-tez qalmaqallı açıqlamaları ilə gündəmə gələn Hadı Rəcəbli ilə qudadır.