Ünvanlı dövlət sosial yardımın məbləği artdı

Ünvanlı dövlət sosial yardımın məbləği artdı

11-04-2022 11:31 / Bu xəbər 1326 dəfə oxundu

Orta hesabla bir ailəyə ödənilən ünvanlı dövlət sosial yardımın (ÜDSY) məbləği artıb.

Qaynarinfo xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Bildirilib ki, 2022-ci ilin mart ayında orta hesabla 1 ailəyə ödənilən ÜDSY-nin məbləği artaraq, 246,5 manatdan 298,9 manata çatıb.

Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 21,2% artım deməkdir.